Pakistanla Hindistan arasında insident: dinc sakinlər öldü

Hazırda oxunan: Pakistanla Hindistan arasında insident: dinc sakinlər öldü

261264
Pakistan və Hindistan arasındakı Kəşmir keçid məntəqəsində silahlı insident baş verib.xa0

Bununla bağlı “Haber7” məlumat yayıb.xa0

Hadisə zamanı dörd pakistanlı və üç hindistanlı ölüb, iki pakistanlı isə yaralanıb.xa0

Pakistan tərəfinin verdiyi məlumata görə, Hindistan sərhədçiləri ağır silahlardan dinc sakinlərə atəş açıb.xa0

Ölənlərdən ikisi Pakistan ordusunun əsgəri, ikisi isə dinc sakindir.xa0

Pakistan tərəfi cavab atəşi açıb.xa0

Hindistan tərəfi isə cavab atəşi ilə üç dinc sakinin öldüyünü təsdiqləyib.xa0

Xatırladaq ki, fevralın 27-də Pakistanın Hindistanın iki təyyarəsini vurması ilə iki ölkə arasında gərginlik pik həddə çatıb.

Hindistan və Pakistan aviasiyaları arasında baş verən hava döyüşündə 27 təyyarə iştirak edib. Hindistan Hərbi Qüvvələri dörd “Su-30”, iki təkmilləşdirilmiş “Dassault Mirage” və iki “MiQ-21” qırıcısından istifadə edib. Sonuncu iki qırıcıdan biri döyüş zamanı vurulub, Hindistan tərəfi bunu təsdiqləyib. Pakistan isə havaya 24 təyyarə qaldırıb.

Dünən Pakistan və Hindistan arasında yaranmış hərbi insident nəticəsində əsir düşmüş komandir Abhinandan Varthaman dünən axşam öz ölkəsinə təhvil verilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin