Xəbər verildiyi kimi Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisə rayonun Cəyli kəndində qeydə alınıb. Kənd sakinləri evdə ailəvi olaraq yemək yedikdən sonra qəfildən onların halı pisləşib. Ümumilikdə bir ailədən ikisi uşaq olmaqla 8 nəfər zəhərlənib.
Məsələ ilə bağlı TƏBİB-dən Bizim.Media-nın yerli bürosuna zəhərlənənlərin son durumu açıqlanıb.
MÖVZU İLƏ BAĞLI:
Kürdəmirdə 8 nəfər zəhərləndi - ADLAR
Qeyd olunub ki, 23.07.2025-ci il tarixində saat 02:40 radələrində zəhərlənmə şübhəsilə 8 nəfər (4-ü kişi, 4-ü qadın cinsli olmaqla) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltazasiya olunub.
Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıb.
Bizim.Media, Aran bürosu