Qusarda vətəndaşların müraciətləri dinlənildi - FOTO

Hazırda oxunan: Qusarda vətəndaşların müraciətləri dinlənildi - FOTO

261192

Bu gün Qusar Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına və Birinci vitse-prezidentinin Katibliyinə müraciət edən Qusar sakinləri ilə görüş keçirilib, vətəndaşların müraciətləri dinlənilib.

Qusar rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, qəbul zamanı səsləndirilən müraciətlər əsasən torpaq sahələrinin verilməsi və sənədləşdirilməsi, mənzil təminatı, eləcə də sosial-məişət çətinliklərinin, o cümlədən maddi və ünvanlı sosial yardımın verilməsi ilə bağlı məsələləri əhatə edib.

Qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Qəbulda iştirak edən vətəndaşlara müraciətlərinə baxılma prosesi, hüquqi mexanizmlər və mümkün sosial dəstək imkanları barədə ətraflı məlumat verilib.








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin