Yüksək vəzifəyə təyin olunan Elxan Bəşirov KİMDİR? - DOSYE

Hazırda oxunan: Yüksək vəzifəyə təyin olunan Elxan Bəşirov KİMDİR? - DOSYE

261184

Xəbər verdiyimiz kimi Elxan Bəşirov 22 iyul 2025-ci il tarixindən etibarən "Umid Babek Operating Company" əməliyyat şirkətinin Baş Direktoru vəzifəsinə təyin olunub.

Bizim.Media Elxan Bəşirovun dosyesini təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Elxan Bəşirov yüksək vəzifəyə TƏYİN OLUNDU


E. Bəşirov enerji sektorunda demək olar ki, 20 illik qlobal təcrübəyə malikdir və bu müddət ərzində BP şirkətində əməliyyatlar, strategiya və mürəkkəb birgə müəssisələr sahəsində yüksək rəhbər vəzifələrdə çalışıb.

O, dünyanın ən böyük neft yataqlarından biri olan İraqdakı Rumeylə neft yatağında Əməliyyatlar Meneceri vəzifəsində çalışmış, burada çoxmillətli komandaya rəhbərlik etmiş və gündə 950,000 bareldən çox hasilata nəzarət edib.

Onun strateji baxışları Londonda, BP-nin İcraçı Rəhbərliyi yanında Biznes Müşaviri kimi fəaliyyəti ilə daha da zənginləşmişdir.
 

Hal-hazırda isə Bəşirov Oksford Universitetində icraedici təhsil (EMBA) proqramında iştirak edir.


Onun rəhbərliyindəki əsas diqqət UBOC-un fəaliyyətini gücləndirməyə və şirkətimizlə tərəfdaşlarımız üçün uzunmüddətli uğuru təmin etməyə yönələcəkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin