Ayaz Salayevdən Putinlə bağlı ŞOK SÖZLƏR - VİDEO

Hazırda oxunan: Ayaz Salayevdən Putinlə bağlı ŞOK SÖZLƏR - VİDEO

261134

“TV Müsavat”ın aparıcısı və baş redaktoru Sevinc Telmanqızı tanınmış kinorejissor Ayaz Salayevlə Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsindən, eləcə də ölkəmizdəki rusdilli ziyalıların bu mövzu ilə bağlı susqunluğundan danışıb.

Bizim.Media xəbər verir ki, daha öncə bir neçə dəfə başda A.Salayev olmaqla rus dilinin müdafiəçiləri olan bir çox ziyalı ilə əlaqə saxlamağa çalışan S.Telmanqızı bu gün A.Salayevlə söhbətləşməyə nail olub.

Hər nə qədər təəccüblü görünsə də, kinorejissor aparıcının rus dilində Rusiyadan üzərimizə gələn hücumlara cavab vermək təklifini qəbul edib və iradlarla razılaşıb. O, eyni zamanda cəmiyyətdə onun adının bəzi rusdilli şəxslərlə yanaşı çəkilməsinə də etirazını bildirib.

“Mən milli adamam, məni onlara qatmayın” deyib. A.Salayev eyni zamanda Rusiya prezidentinin ötən həftə rus dilinin qorunması ilə bağlı qəbul etdiyi fərmana da sərt münasibət bildirib:

“Tüpürüm Putinin fərmanına!” deyərək, əsəbləşib. Bəli, bu dəfə S.Telmanqızına yox, Rusiya rəhbərliyinə, Rusiyadan üzərimizə gələn hücumlara qəzəblənib və onlara sərt cavablar verib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin