Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova: "Milli parklarda “açıq qapı” günü keçiriləcək"

Hazırda oxunan: Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova: "Milli parklarda “açıq qapı” günü keçiriləcək"

261109
“3 mart vəhşi təbiətin mühafizəsi günü” ilə əlaqədar Azərbaycanın milli parklarında martın 3-də “açıq qapı” günü keçiriləcək. Həmin gün bütün milli parklarda ziyarətçilər giriş haqqından azad ediləcək.

Moderator.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

“Açıq qapı” günü səhər saat 09:00-dan saat 18:00-dək davam edəcək. Məqsəd ölkənin milli parklarının turizm potensialını turistlərə göstərmək, onların iştirakı və bilavasitə köməyi ilə xüsusi mühafizə olunan təbiət ərazilərini geniş təbliğ etməkdir.xa0

“Açıq qapı” günlərinin bundan sonra da əlamətdar tarixlərdə keçirilməsi nəzərdə tutulur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi milli parklara dəvət edir.

Xatırladaq ki, Azərbaycanda 10 milli park var;
1. Abşeron Milli Parkı
2. Altıağac Milli Parkı
3. Şahdağ Milli Parkı
4. Samur-Yalama Milli Parkı
5. Şirvan Milli Parkı
6. Hirkan Milli Parkı
7. Ağgöl Milli Parkı
8. Göygöl Milli Parkı
9. Qızılağac Milli Parkı
10. Zəngəzur Milli Parkı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin