Sabiq nazir müavini üç ay sonra vəzifəsindən getdi

Hazırda oxunan: Sabiq nazir müavini üç ay sonra vəzifəsindən getdi

261002

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Mərkəzinin (publik hüquqi şəxs) direktoru yenidən dəyişib.

Bizim.Media xəbər verir ki, müvafiq əmrlə Cavid Məhərrəm oğlu Səfərov sözügedən qurumun rəhbəri təyin edilib.
 

Qeyd edək ki, bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində məsləhətçi vəzifəsində işləmiş Bədəl Fizuli oğlu Həsənov Aqrar Xidmətlər Mərkəzinin direktoru vəzifəsinə gətirilmişdi.


Bədəl Həsənov 2023-cü ilin may ayınadək Naxçıvanın ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsində işləyib. (Qaynarinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin