Masallıda 20 yaşlı gənc kanalda boğuldu

Hazırda oxunan: Masallıda 20 yaşlı gənc kanalda boğuldu

260930

Masallıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Bizim.Media xəbər verir ki, 2005-ci il təvəllüdlü Əliyev İbad Güloğlan oğlu Şərəfə kanalında boğularaq ölüb.
 

Belə ki, 20 yaşlı gənc iyulun 19-u qardaşı Ramin Əliyevlə birlikdə balıq tutmaq üçün yaşadığı evdən təxminən 500 metr məsafədə yerləşən kanalın kənarına gedib. Burada balıq tutan zaman o, kanala düşüb.


İbad Əliyevin meyiti qardaşı tərəfindən sudan çıxarılıb.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin