“Ermənistanın təcavüzü nəticəsində 50-dən artıq məktəbə ziyan dəyib. Onların bir qisminə əsaslı şəkildə ziyan dəyib”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev müharibə zamanı ermənilərin Azərbaycan vətəndaşlarına vurduqları ziyanın qiymətləndirilməsinə həsr olunan mətbuat konfransında məlumat verib.
O, bildirib ki, Ermənistanın təxribatı nəticəsində 4 məscid, kilsə, 15 qəbiristanlığa ziyan dəyib.
Bizim.Media