Jurnalistdən toylarla bağlı SƏRT PAYLAŞIM: “Bu qadağaların məntiqi nədir?”

Hazırda oxunan: Jurnalistdən toylarla bağlı SƏRT PAYLAŞIM: “Bu qadağaların məntiqi nədir?”

26079

Tanınmış jurnalist və radio aparıcı Əzizə İsmayılova ölkə ərazisində toy məclislərinin keçirilməsi haqda aradan qalxan qadağa ilə bağlı mövqeyini şəxsi sosial media hesabında yazılı olaraq izləyicilərlə bölüşüb.

Bizim.Media xəbər verir ki, qərarlardan narazı qalan jurnalist fikirlərini bu sözlərlə ifadə edib.

"Guya toylara icazə veriblər. Verməz olaydınız. Bu qədər hədə-qorxu ilə "icazəli toy" etməkdənsə, elə "qadağalı toy" etmək daha sərfəlidir... 

Dünəndən təhdid üstünə təhdid. Polis gələcək, cərimə edəcək, tutub basacaq və s. 

DİN deyir ki, "Həyətdə 50 nəfərlə də toy etsən, mütləq maska taxmalısan. Həyətdə 50 nəfərdən çox adamla toy edə bilməzsən, lap hamı peyvəndlənmiş olsa belə. Yoxsa polis əmilər gəlib həm toy yiyəsini, həm də qonaqları cərimələyəcək"...

Qardaş, niyə? Səbəb nədir? Açıq havada oturan 50 nəfər niyə maska taxmalıdır? Niyə açıq havada 50 nəfərdən çox adamla toy etmək olmaz?

Necə olur ki, vaksin pasportu ilə şadlıq sarayında toy edə bilərsən, amma həyətdə edə bilməzsən? Palatkadan söhbət getmir, məhz həyətdə açıq havadan söhbət gedir... Bu pasport ancaq şadlıq sarayları üçündür? Necə olur ki, o boyda xaricdən müğənnilər gəlir, açıq havada vur-çatlasın olur, heç kimə gözün üstə qaşın var deyən yoxdur, kasıb uşağına ala-babat bir toy edəcək - tutarıq, cərməliyərik-deyə təhdid üstə təhdid edirsiniz.. Nədir də günahımız?  

Hörmətli Operativ Qərargah, hörmətli, TƏBİB zəhmət olmasa açıqlayın, izah edin bu sualların cavabını.  

İzah edin bilək ki, əgər vətəndaş hər hansı sağlıq problemi səbəbindən peyvənd oluna bilməzsə, hamilədir, südəmər körpəsi var və s. o vətəndaşlar vaksin pasportu tələb olunan yerlərə getmək üçün nə etməlidirlər? Harasa müraciət etməli, kağız almalıdırlarmı? Həkimlər deyir "Bizlik deyil, bizə heç nə deyilməyib".  

İzah edin ki, əgər adam kənddə və ya rayonda 2 hektar həyətində, açıq havada toy edirsə, niyə 50 nəfər məhdudiyyəti qoyursunuz? Niyə hətta COVİD pasportu olanlara da 50 nəfərdən çox olmaz? Restoranda yoluxmur bu virus, açıq havada yoluxur? Bəyəm kafe-restoranlarda, parklardakı çayxanalarda hal-hazırda 50 nəfərdən çox adam oturmur? Nədir də bu qadağaların məntiqi və arxasında duran əsas səbəb?".

Səmra Xəlilbəyli, Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin