Kürdəmirdə 10 nəfərdən çox insan qidadan zəhərlənib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayon ərazisində yerləşən istirahət mərkəzindən birində qeydə alınıb.
Belə ki, istirahət mərkəzində təşkil olunan əsgər yolasalma mərasimində 10 nəfərdən çox qonaq qidadan zəhərlənib.
Zəhərlənən qonaqlar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırıblar.
Onlara ilkin tibbi yardım göstərilib. Həkimlər onların vəziyyətlərini orta ağır qiymətləndirirlər.
Bunlar Kürdəmir rayon sakinləridir:
Səlimli Ümüd İlkin oğlu 2010
Şirəliyeva Firuzə Şaxtalı qızı 1992
Şirəliyeva Aydan Məmməd qızı 2009
Məmmədova Könül İlqar qızı 1992
Orucova Səadət Mehrab qızı 2002
Şəmiyev Mübariz Ənnağı oğlu 1979
Şəmiyeva Samirə Qara qızı 1983
Məmmədov Ramil Möhkəm oğlu 1986
Şəmiyev Ümid Mübariz oğlu 2002
Şəmiyeva Xatun Mübariz qızı 2006
Əsgərli Qurban Nizami oğlu 2010
Sultanlı Sehrayə İntiqam qızı 2015
Bizim.Media, Aran bürosu