Ordu Günü ilə bağlı qazi anası təbrik GÖNDƏRDİ 

Hazırda oxunan: Ordu Günü ilə bağlı qazi anası təbrik GÖNDƏRDİ 

26073

Əməkdaşlarımızın Xaçmaza səfəri zamanı rayonunun Müşkür kəndindən Vətən müharibəsinin qəhrəmanı, qazi Abdulla Musayevin anası Lalə xanım Azərbaycanın Müzəffər Əsgərlərinə təbrikini çatdırmağı rica edib. Lalə xanım deyib ki, bu bayram bir başqa bayramdır:

"Bu il biz Ordu gününü ilk dəfədir ki, qalib, alnıaçıq qeyd edirik. Azadlığına qovuşmuş torpaqlarımızda qürurla, şərəflə dayanmışıq. Elə bil ölkəmiz gözəlləşib, Azərbaycan daha da böyüyüb. Bu zəfəri bizə yaşadan Azərbaycan əsgərlərini təbrik edirəm, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm. Ali Baş Komandan İlham Əliyevə yaşa, daim başın uca olsun deyirəm".

O, bir qəhrəman anası olduğu üçün də qürur duyduğunu da deyib.

"Mən fəxr edirəm ki, mənim oğlum da Azərbaycan torpaqlarının işğaldan azad olunmasında iştirak edib. Oğlum müharibədə olanda həm qorxu, həm qürur hissi keçirirdim. Hər axşam bütün əsgərlərə dua edirdim. Övladım üçün çox nigaran idim, ancaq döyüşçü anası olduğum üçün fəxr edirdim".

Bu yazı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin media nümayəndələri üçün qazi və şəhid ailələrinə yaradılan kiçik təsərrüfatlarla əyani tanışlığı üçün təşkil etdiyi mediatur çərçivəsində hazırlanıb.

Vüsalə Balayeva, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin