Suya bu cür atılmaq iflic edə bilər – həkimdən XƏBƏRDARLIQ

Hazırda oxunan: Suya bu cür atılmaq iflic edə bilər – həkimdən XƏBƏRDARLIQ

260651

Yayda sərinləmək üçün suya dalmaq zövqlü olsa da, böyük risklər daşıyır. Xüsusilə dayaz suya başı üstə atılmaq (balıqlama dalışı) onurğanın sınıqları və ifliclə nəticələnə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə fizioterapevt professor Mehmet Ağırman bildirib.

O xəbərdarlıq edir ki, yay aylarında belə ağır xəsarətlər son vaxtlar xeyli artıb.
 

Professor xüsusilə gənc oğlanların özlərini göstərmək məqsədilə yüksək hündürlükdən belə atıldığını qeyd edib. Onun sözlərinə görə, bir anlıq diqqətsizlik həyatı tamamilə məhv edə bilər.


Ona görə də dibi və dərinliyi bəlli olmayan su hövzələrindən uzaq durmaq lazımdır.

Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin