Abituriyentlər niyə 700 balı toplaya BİLMİR? – Mühüm AÇIQLAMA

Hazırda oxunan: Abituriyentlər niyə 700 balı toplaya BİLMİR? – Mühüm AÇIQLAMA

260561

Xəbər verdiyimiz kimi, iyulun 18-də II və III ixtisas qruplarının qəbul imtahanının II mərhələsi üzrə nəticələr açıqlandı.
 

MÖVZU İLƏ BAĞLI:

DİM-dən jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərə MÜRACİƏT


Ancaq bu dəfə də 700 balı toplayan abituriyent olmadı.

Maraqlıdır ki, bunun səbəbi nədir?

Təhsil eksperti Elçin Əfəndi məsələni belə izah edib:

"Maksimium nəticə göstərən abituriyentin olmaması tədris göstəricilərinin aşağı olduğu demək deyil. Əslində həm II, həm III qrupda 600-dən yuxarı bal toplayan abituriyentlərin sayı bu il artıb.

700 balı toplayanın olmamasının səbəbi abituriyentlərin açıq tipli sualları yaza bilməməsi, səhvə yol verməsidir.  İkinci olaraq isə 4 yalnış cavabın 1 doğru cavaba təsir etməsidir".

İyulun 13-də isə I və II qrupların qəbul imtanının II mərhələsi üzrə imtahan keçirildi. Onun cavabları isə hələ açıqlanmayıb.

Bəs o imtahandan 700 bal gözlənilir?

" Yəqin ki, növbəti həftənin sonu I və IV qrupların nəticələri elan olunacaq. Düşünürəm ki, istisna halda 1 nəfər maksimium nəticəni əldə edə bilər" - deyə ekspert qeyd edib.

Qeyd edək ki, ötən il 2 nəfər abituriyent 700 bal toplayıb.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin