“Dostlarım dedi ki, gəl ermənilərin acığına toyunu edək...” Xocalıdakı sonuncu toyun bəyi...

Hazırda oxunan: “Dostlarım dedi ki, gəl ermənilərin acığına toyunu edək...” Xocalıdakı sonuncu toyun bəyi...

260515
Təqdim etdiyimiz toy şəklini sosial şəbəkələrdə görmüş olarsınız. O 27 il öncə Xocalıda toyu olan Xocalı Özünümüdafiə batalyonunun döyüşçüsü Vasif Qafarovun toy şəklidir. Bir çox saytlarda bu toyun Xocalı faciəsindən iki gün öncə olduğu yazılsa da, deyilənlər həqiqəti əks etdirmir.xa0

Moderator.az-ın əməkdaşı toyu olan Vasif Qafarovunxa0 özüylə görüşüb. O, hazırda Pirşağı qəsəbəsində yaşayır. V.Qafarov saytımıza açıqlamasında hər şeyi dəqiqliyi ilə açıqlayıb:

“Xocalı Özünümüdafiə batalyonunun döyüşçüsü olmuşam. İki il idi ki, nişanlı idim və dostlarım dedi ki, gəl ermənilərin acığına toyunu edək. Elə də etdik və 1992-ci il yanvarın 18-də toyum oldu. Bir ay sonra fevral ayında Xocalı faciəsi baş verdi. Fotonu da fotoqraf Əliş dayı çəkib. Qaçqın düşdükdən sonra Əliş dayıya dedim ki, fotoaparatındakı lentə baxaq görək toy şəklim qalıb, yoxsa yox. O, da yoxladı və gördük ki, toy şəklim var və onu çıxartdırdıq. Əliş dayı 1994-cü ildə dünyasını dəyişdi. Şəkildə gördüyünüz döyüşçü yoldaşlarım Əliyargildir, hamısı itkin düşüb. Toyum olanda 26 yaşım var idi, ində isə artıq 53 yaşım var”.xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin