Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin qərarı ilə cinayət işi baxışa verilib. Baxış iclası iyulun 30-na təyin edilib.
Qeyd edək ki, Mirədalət Talışxanov DTX tərəfindən saxlanılıb. (Apa.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:11 / 17.07.2025
DTX-nın saxladığı Mirədalət Talışxanovun məhkəməsi başlayıb
Hazırda oxunan: DTX-nın saxladığı Mirədalət Talışxanovun məhkəməsi başlayıb
Hazırda oxunan: DTX-nın saxladığı Mirədalət Talışxanovun məhkəməsi başlayıb
260394
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.