ABŞ-ın Qida və Dərman Administrasiyası (FDA), Listeria monocytogenes bakteriyası daşıma riski olan bəzi tərəvəz məhsulları, xüsusilə doğranmış qırmızı soğanlar üçün təcili geri çağırılma qərarı verib. Mütəxəssislər istehlakçıları məhsul kodlarını diqqətlə yoxlamağa və mümkün simptomlara qarşı ehtiyatlı olmağa çağırıblar.
Bizim.Media xəbər verir ki, Texas ştatında yerləşən “Salad and Go” qida şirkətinə məxsus “Go Concepts LLC” şirkəti 27 may tarixində bəzi məhsullarını könüllü şəkildə geri çağıracağını açıqlamışdı. FDA isə 11 iyulda bu prosesə rəsmi olaraq “I-ci Sınıf Risk Kateqoriyası” verdiyini bildirərək ictimaiyyəti rəsmi şəkildə xəbərdar edib. Bu kateqoriya, məhsulun istifadəsi və ya ona məruz qalınması nəticəsində ciddi sağlamlıq problemləri və ya ölüm hallarının mümkün olduğu vəziyyətlər üçün nəzərdə tutulur.
Hansı məhsullar geri çağırılır?
Geri çağırılan məhsullar arasında bunlar yer alır:
Küp şəklində doğranmış qırmızı soğanlar
Qırmızı dolmalıq bibər
Dilimlənmiş xiyar
Rəndələnmiş yerkökü
Pişmiş səhər yeməyi kartofları
Qovrulmuş Brüssel kələmi (News24.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:02 / 17.07.2025
Marketlərdən soğan YIĞIŞDIRILIR
Hazırda oxunan: Marketlərdən soğan YIĞIŞDIRILIR
Hazırda oxunan: Marketlərdən soğan YIĞIŞDIRILIR
260325
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.