Yevlaxın bir hissəsində QAZ OLMAYACAQ

Hazırda oxunan: Yevlaxın bir hissəsində QAZ OLMAYACAQ

260243

“Qaz İxrac” İdarəsinə məxsus diametri 1220 millimetr olan “Qazıməmməd-Qazax II xətti” yüksək təzyiqli magistral qaz kəməri ilə “Yevlax-1 QPS qol qaz kəməri”nin əlaqələndirilməsi məqsədilə çəkilmiş yeni yüksək təzyiqli qaz xəttinin qaznəqli sisteminə birləşdirilməsi işləri aparılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bununla bağlı sabah saat 08:00-dan etibarən işlər başa çatanadək “Yevlax” QPS-dən qidalanan “Yevlax 1-ci xətt” ölçü qovşağından qaz verilişinin dayandırılması planlaşdırılır.

Təmir işləri müddətində Yevlax şəhərinin bir hissəsi, 77 sənaye müəssisəsi, İravanlı qəsəbəsi, 210 saylı yeni yaşayış massivi, 31-ci və 32-ci məhəllə də daxil olmaqla, ümumilikdə 7 490 abonentin qaz təchizatında məhdudiyyətlər olacaq. Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin