Avtomobil yanğınlarının sayı azalıb - RƏSMİ

Hazırda oxunan: Avtomobil yanğınlarının sayı azalıb - RƏSMİ

260176

Bu il, 15 iyul da daxil olmaqla 240 nəqliyyat vasitəsində yanğın olub. Ötən il isə 247 yanğın hadisəsi qeydə alınıb. Ötən illə müqayisədə 7 azalma baş verib.

Bizim.Media xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə İctimaiyyətlə əlaqələr sektorunun rəisi, Əlibala Əlizadə "Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı layihə çərçivəsində keçirilən ictimai müzakirədə deyib.

O, bildirib ki, ümumilikdə yanğın hadisələri sırasında avtomobillərdə baş verən yanğınlar ikinci yerdədir:

"2023-cü ildə 400, 2024-cü ildə isə 339 nəqliyyat yanğın hadisəsi baş verib. Bu hadisələr zamanı 2023-ci ildə 10 ölüm, 2024-də bir ölüm hadisəsi qeydə alınıb".


Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin