Kiçik addımlar, böyük nəticələr: “Greenify” uşaqlara kağızın ikinci həyatını nümayiş etdirir

Hazırda oxunan: Kiçik addımlar, böyük nəticələr: “Greenify” uşaqlara kağızın ikinci həyatını nümayiş etdirir

260043

Fevralın 18-də gənclərdən ibarət Greenify Azerbaijan komandası uşaqlar üçün kağızın təkrar emalı müəssisəsinə ekskursiya təşkil edib.

Aran Humanitar Regional İnkişaf İctimai Birliyinin təşkilati dəstəyi ilə Greenify Azerbaijan komandası - Paşa Babayev, Cəmilə Zeynalzadə və Məhəmməd Kekalov Bakı şəhəri 3 nömrəli uşaq-gənclər inkişaf mərkəzinin uşaqlarını Azərbaycan Kağız və Karton İstehsalı Kombinatına (AKKİK) aparıblar. Ekskursiya zamanı uşaqlar təkrar emalın müxtəlif faydaları haqqında geniş məlumat almış, kağızın təkrar emalı və yeni məhsulun ərsəyə gəlmə prosesi ilə yaxından tanış olublar.

Tədbirdə iştirak edən YARAT-ın təhsil proqramları üzrə rəhbəri Səyyarə Hüseyinlinin sözlərinə görə, ekskursiya ətraf mühitin qorunması, tullantıların azaldılması və ölkəmizdə təkrar emal qutularının aktiv istifadəsinin təbliğini hədəf tutmuşdur.

“Təkrar emal, təkrar istifadə və tullantıların azaldılması mədəniyyətini uşaqlara kiçik yaşlardan aşılamaq gələcəkdə onlarda ətraf mühitə qarşı qayğı hissini oyatmağın ən doğru yoludur”, – deyə Greenify Azerbaijan komandasının təşəbbüskarı Paşa Babayev vurğulayır.

Komandanın digər üzvü Məhəmməd Kekalov bildirir: “Bizim üçün vacib olan uşaqların açıq fikirli, ətraf mühitə duyarlı böyüməsidir. Buna görə də belə tədbirlərin təşkilini vacib hesab edirəm”.

Greenify Azerbaijan komandası sosial şəbəkələrdə mütəmadi olaraq müxtəlif informativ və maarifləndirici paylaşımlar edir. Onlar izləyiciləri plastikdən imtina etməyə və əvəzində təkrar istifadəyə yararlı əşyalardan faydalanmağa çağırırlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin