Xaçmaz məktəbinin qarşısındakı tarixi bağ satılaraq HASARLANIB – Ağacları kəsənlər KİMDİR? – VİDEO

Hazırda oxunan: Xaçmaz məktəbinin qarşısındakı tarixi bağ satılaraq HASARLANIB – Ağacları kəsənlər KİMDİR? – VİDEO

260026

Xaçmaz şəhərində yerləşən İsmət Qayıbov adına 3 saylı tam orta məktəbin qarşısındakı yaşıllıq ərazi satılıb. Sovet dövründən qalma bu bağda 60-dan çox küknar və akasiya ağacı var.
 

Son günlər geniş bağ sahəsindən ibarət olan bu ərazinin hasara alınması isə vəziyyəti daha da gərginləşdirib.

Sakinlər aidiyyəti qurumlardan və hüquq-mühafizə orqanlarından ərazinin satılmasının ləğv olunmasını və ağacların qorunmasını tələb edirlər. Onlar bildirirlər ki, hazırkı rayon rəhbərliyi məsələdən xəbərdardır, lakin ərazinin rəsmi sənədlə illər öncə satılması səbəbindən hüquqi addım ata bilmirlər. Bu səbəbdən sakinlər məhkəməyə müraciət etməyə hazırlaşırlar.
 

Ətraflı videosüjetdə:


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin