"Azərbaycan Dəmir Yolları"nın (ADY) sədri Rövşən Rüstəmov və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Tbilisidə görüş keçiriblər.
Bu barədə Bizim.Media Gürcüstan KİV-inə istinadən xəbər verir.
Danışıqlar zamanı tərəflər iki ölkə arasında dəmir yolu ilə sərnişindaşımalarının bərpasının mümkünlüyünü müzakirə ediblər.
Qeyd olunub ki, Tbilisidəki görüşdə R.Rüstəmov və M.Kvrivişvili bu məsələnin əhəmiyyətini bir daha vurğulayıblar.
Xatırladaq ki, nazir M.Kvrivişvili bu yaxınlarda Azərbaycanda səfərdə olub. Onu Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib, həmçinin nazir ölkənin yüksək vəzifəli rəsmiləri ilə bir sıra görüşlər keçirib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:52 / 15.07.2025
Azərbaycan və Gürcüstan dəmir yolu ilə sərnişindaşımalarının bərpasını müzakirə edib
Hazırda oxunan: Azərbaycan və Gürcüstan dəmir yolu ilə sərnişindaşımalarının bərpasını müzakirə edib
Hazırda oxunan: Azərbaycan və Gürcüstan dəmir yolu ilə sərnişindaşımalarının bərpasını müzakirə edib
260011
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.