Xaçmazın Çarxı kəndində kənd sakini Rüstəm Feyziyevə məxsus evin həyətində güclü yanğın baş verib. Qəfil ot tayası alışıb.
Bizim.Media xəbər verir ki, alışan ot tayasından sonra alov tövləyə keçib.
Nəticədə vətəndaşın biçdiyi taxıl, ot bağlamaları və ev quşları yanıb.
Ev sahibinə xeyli miqdarda ziyan dəyib.
Yanğının genişlənməsinin qarşısı FHN-in yanğınsöndürənləri tərəfindən alınıb.
Yanğının başvermə səbəbləri açıqlanmır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
19:06 / 13.07.2025
Xaçmazda güclü yanğın - FOTO
Hazırda oxunan: Xaçmazda güclü yanğın - FOTO
Hazırda oxunan: Xaçmazda güclü yanğın - FOTO
259697
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.