Bir neçə gündür sosial şəbəkələrdə Beyləqan rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri Fəxrəddin Quliyevin iş otağında çəkilmiş görüntüləri müzakirə mövzusudur.
Bizim.Media xəbər verir ki, həmin qeyri-etik görüntülərin yayılmasından sonra Fəxrəddin Quliyev öz ərizəsi ilə işdən çıxıb.
Bu hadisə ilə bağlı maraqlı detallar üzə çıxıb. Əldə etdiyimiz məlumata görə, Fəxrəddin Quliyev həmin görüntüləri ilə şantaj da edilibmiş.
Yayılan görüntülərdən aydın olur ki, video üçüncü bir şəxs tərəfindən yox, şöbə müdiri ilə münasibətdə olan həmin qadının özü tərəfindən çəkilib. Sonra həmin görüntülər müəyyən şəxs və ya şəxslər tərəfindən Fəxrəddin Quliyevə qarşı şantaj vasitəsi kimi istifadə edilib.
F.Quliyev qarşı tərəflə razılığa gəlmədiyi üçün video sosial şəbəkələrdə paylaşılıb.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
Qeyd edək ki, F.Quliyevin həkim kimi fəaliyyətindən çoxsaylı şikayətlər olub. Onun oğlunun da adı bir neçə qalmaqalda hallanıb. (Musavat.com)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:40 / 13.07.2025
Görüntüləri yayılan həkim ərizə yazdı - ŞOK detallar üzə çıxdı
Hazırda oxunan: Görüntüləri yayılan həkim ərizə yazdı - ŞOK detallar üzə çıxdı
Hazırda oxunan: Görüntüləri yayılan həkim ərizə yazdı - ŞOK detallar üzə çıxdı
259665
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.