Türkiyədə keçirilən yarış zamanı bıçaqlanan idmançı Araz Musayev məhkəmədə hazırda Azərbaycan Muaytay-Tayboks Federasiyasının faktiki prezidenti olan Azər Həsənsoya uduzub.
Bizim.Media xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında gənclərdən ibarət uşu millisinin baş məşqçisi Elçin Eminov deyib.
O, bildirib ki, 2024-cü ilin noyabrında federasiyada növbədənkənar prezident seçkisi olub və Azər Həsənsoy qalib gəlib. 2022-ci ildən federasiya prezidenti olan Araz Musayev bu qərarla razılaşmadığı üçün məhkəməyə üz tutub.
Məhkəmə Azər Həsənsoyun Azərbaycan Muaytay-Tayboks Federasiyasına yenidən prezident seçilməsini tam qanuni və düzgün hesab edib. Proses bu il iyulun 9-da baş tutub.
Azər Həsənsoy
Qərarda qeyd edilib ki, Azər Həsənsoy Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının, Azərbaycan Muaytay-Tayboks Federasiyasının və Azərbaycan Uşu Federasiyasının təsisçisi və prezidentidir.
O, həmçinin uşu və muaytay üzrə Azərbaycan milli komandalarının baş məşqçisi kimi də fəaliyyət göstərir. 1992-ci ildə Şərq Döyüş Sənətləri Federasiyasını təsis edən Həsənsoy, 1996-cı ildə beynəlxalq tələblərə uyğun olaraq ayrıca Muaytay Federasiyasını qurmuş və o vaxtdan etibarən federasiyaya rəhbərlik edir.
Xatırladaq ki, A.Musayev Türkiyədəki hadisədən sonra verdiyi açıqlamalarda özünü federasiya prezidenti kimi təqdim edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:47 / 12.07.2025
Türkiyədə bıçaqlanan Araz Musayev federasiya prezidenti DEYİLMİŞ
Hazırda oxunan: Türkiyədə bıçaqlanan Araz Musayev federasiya prezidenti DEYİLMİŞ
Hazırda oxunan: Türkiyədə bıçaqlanan Araz Musayev federasiya prezidenti DEYİLMİŞ
259516
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.