İlham Əliyevin vəzifə verdiyi diplomat DANIŞDI: “Prezidentin Mərkəzlə bağlı bəzi tapşırıqları var”

Hazırda oxunan: İlham Əliyevin vəzifə verdiyi diplomat DANIŞDI: “Prezidentin Mərkəzlə bağlı bəzi tapşırıqları var”

259516
“İlk növbədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri seçilməyimlə bağlı cənab Prezidentə təşəkkür edirəm. Şərəfli etimad göstərilib. Çalışacağam ki, üzərimə düşən işlərin öhdəsindən gələ bilim”.

Moderator.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin olunan Fərid Şəfiyev deyib.

Onun sözlərinə görə, hələlik Mərkəz barədə danışmaq tezdir:

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi diplomatiyaya və beynəlxalq əlaqələrə uyğun sahədir. Müəyyən dərəcədə bu işi ikitərəfli konteksdə aparmışam. İndi isə bir qədər akademik yönümlü formada icra edəcəm. Cənab Prezidentin mərkəzin fəaliyyəti barədəxa0 bəzi tapşırıqları var. Hazırda digər rəhbər vəzifələrlə bəzi məsləhətləşmələr aparırıq. Ona görə də konkret nəsə söyləyə bilməyəcəm. Düşünürəm ki, mərkəz haqqında danışmaq hələ tezdir. Konsepsiyası və nizamnaməsi hazırlanır. Ümidvaram ki, yaxın günlərdə bu barədə açıqlamalar olacaq”.


Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 19-da Fərid Rauf oğlu Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

F.Şəfiyev 2014-cü ildən Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri işləyirdi.xa0

O, ölkə başçısının müvafiq sərəncamı ilə elə bu gün - fevralın 19-da Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin