Ani mesajlaşma və mübadilə sistemi vatsapın (“WhatsApp”) istifadəçilərinin şəxsi məlumatlarının “Facebook” və ona məxsus digər sosial şəbəkələrdə istifadəsi ilə bağlı tələblər qanunu pozmur”.
Bizim.Media xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.
“Hər bir istehlakçının elektron məhsul, mobil xidmətlər və tətbiq proqramları əldə edərkən onun istifadə qaydaları, təhlükəsizlik şərtləri barədə məlumat almaq hüququ var. İstehlakçı bu hüquqdan istifadə edərək proqramın ona uyğun olub olmamasını özü müəyyən etməlidir.
MÖVZU İLƏ BAĞLI:
“WhatsApp”ın yaratdığı yeni təhlükə nədir? – Ekspertdən AÇIQLAMA
Mobil tətbiq proqramlarının istifadə və təhlükəsizlik şərtlərində dəyişikliklər edilməsinə gəlincə, şirkət istifadəçilərini informasiya siyasətinin dəyişməsi haqqında məlumatlandıraraq, onlara seçim imkanı yaradır. Belə olan təqdirdə alternativ sosial şəbəkələrin olmasını nəzərə alaraq istehlakçılar digər tətbiqlərdən istifadəni seçməkdə sərbəstdilər. Bu səbəbdən “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında qanun pozulmamış hesab olunur.
Dövlət Xidməti mobil tətbiqlərlə əlaqədar müraciətlərin daxil olmasını nəzərə alaraq istehlakçılara tövsiyyə edir ki, həmin proqramlardan istifadə edərkən diqqətli olsunlar.
Əvvəlcədən həmin proqramlar barədə ətraflı məlumat əldə edərkən, tətbiqin istifadə şərtləri ilə diqqətlə tanış olduqdan sonra qəbul etsinlər. Fərdi məlumatların digər şəxslərə ötürülməsinin qarşısını almaq məqsədilə istifadəçilərə şübhəli keçidlərə daxil olmamaları, kart məlumatlarından məhdud şəkildə və yalnız etibarlı mobil tətbiqlər vasitəsilə istifadə etmələri tövsiyə olunur”, - deyə açıqlamada qeyd olunub. (Report)
Bizim.Media