Azərbaycanda 1364 yeni yoluxma qeydə alınıb

Hazırda oxunan: Azərbaycanda 1364 yeni yoluxma qeydə alınıb

2590

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1364 yeni yoluxma faktı qeydə alınıb, 1015 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 71 580 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 53 001 nəfər müalicə olunaraq sağalıb, 927 nəfər vəfat edib, aktiv xəstə sayı 17 652 nəfərdir.

Sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 744, ötən müddət ərzində isə ümumilikdə 1 489 382 test aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin