“Hamısı qaş-gözlə işarə edir ki, Operativ Qərargahın işləridir”

Hazırda oxunan: “Hamısı qaş-gözlə işarə edir ki, Operativ Qərargahın işləridir”

25893

“Zarafat bir yana, amma məni həqiqətən də maraqlandırır ki, bu qaydaları kim tərtib edir?

TƏBİB and içir ki, mənlik deyil, digərləri də sual görüb çıxırlar aradan, hamısı da qaş-gözlə işarə edir ki, Operativ Qərargahın işləridir”.

Bizim.Media xəbər verir ki, bu sözləri jurnalist Azər Qərib feysbuk səhifəsində qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

“Onsuz da TOYLAR olur, bunu sadəcə leqallaşdırmaq lazımdır” – MİLLƏT VƏKİLİ


“Yaxşı, axı kimsə oturub bunları fikirləşir, öz aləmində kovidlə mübarizə aparır, yazır, pozur, üstəlik bizim vergilərimizdən maaş ala-ala. Axı kimdir onlar? Sən canı, söhbətə bax - toyda bir masa arxasında oturanda maskanı çixarmaq olar, amma rəqs etməyə dursan – taxmalısan”.

Gecə halal arvadınla bir yastığa baş qoyursan ağız-ağıza, amma toyda onu bağrına basıb bir dənə romantik vals getmək istəsən, maska taxmalısan, belə də dərd olar? “

Jurnalist bildirib ki, iki ilə yaxındır ki, insanlar leqal ünsiyyətdən məhrum olublar:

“İki ilə yaxındır insanlar sosial məsafə dərdindən leqal qucağlaşmaq imkanından məhrum olublar, ümidləri toylara idi, bunu da çox gördünüz?

Düşünürəm ki, pandemiya qurtarandan sonra gərək bir muzey açaq, adını da qoyaq "Məntiq killerləri". Bu 18 ayın bütün şedevrlərini sərgiləyək, bizdən sonra gələnlər gülsün bolluca...”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin