Sevginin sahili olmur... - VİDEO

Hazırda oxunan: Sevginin sahili olmur... - VİDEO

258807
Yadındadı, onu ilk görüşə çağıranda əlindəxa0 qızılgül tutub, sahildə gözləməyin? Görüş vaxtından xeyli keçir, amma o gəlmirdi. İndiki kimi telefon da yox idi ki, harda qaldığını soruşasan. Bir saat keçdi, gəlmədi. Sən də hirslə gülü dənizə atdın. Gülü ləpələrin dənizə tərəf aparıb, bir də sahilə çırpmasına sakitcə tamaşa edirdin. Birdən, yanında səninlə bərabər kiminsə də bu mənzərəni seyr etdiyini hiss etdin və çönəndə.., onu gördün. O an, onun üzündəkixa0 təbəssümü, gözündəki məhəbbət sevincini, nazla sənə baxmağını heç vaxt unutmayacağını, elə ordaca ürəyində fikirləşdin. “ Narahat olma. Mənə verilən gülə dəniz üzərində baxmaq da gözəldir”-dedi. O gün hər şey gözəl idi...xa0

xa0Sonra.., sonra sən də az qala dünyanın bütün ilk məhəbbətləri kimixa0 qovuşa bilmədin...

xa0Bu gün həmin tarixi gündü. Hər il bu gün yenə sabah yuxudan oyanıb dəniz sahilinə getdin. Dənizi bir az kədər, bir az məhəbbətlə seyr edir, gözlərini uzaqlara zilləyib dənizin o biri sahilinə tərəf baxırdın. Nə qədər baxsan da dənizin o biri sahili görünmürdü. Yanında olmayan ilk məhəbbət kimi. Sevginin sahilləri olmur, əzizim.xa0

xa0Yenə ilk məhəbbətinə göndərə bilmədiyin gülü dənizə atdın. Xəyalında yenə fikirləşdin ki, o gələcək, yenə o təbəssümlə,xa0 o nazla sənə baxacaq, ləpələrin sığalladığı gülə baxıb: ” o mənim gülümdür, suyun üstündəki gülü sevirəm”-deyəcək.xa0

O heç vaxt gəlməyəcək, amma o hər zaman səninlədi.Səni yaşadan da odur. Sənin sevgin, sənin ilk məhəbəttin...

Bu gün sevgililər günüdür! Unutmamısınız?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin