Polisə zor tətbiq edən restoran sahibi həbs olundu – DİN-dən AÇIQLAMA 

Hazırda oxunan: Polisə zor tətbiq edən restoran sahibi həbs olundu – DİN-dən AÇIQLAMA 

25878

Sosial şəbəkələrdə Şəmkir rayon sakini Tural Zeynalovun qanunsuz olaraq saxlanılması, ona və digərlərinə qarşı zor tətbiq edilməsi barədə yayılan iddialar əsassızdır və böhtan xarakterlidir.

Bizim.Media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda polis xidməti silahla özünü güllələdi


Onun sözlərinə görə, iyun ayının 21-də Şəmkir Rayon Polis Şöbəsinə rayon ərazisində fəaliyyət göstərən "Qoşa qala" restoranında karantin qaydalarına zidd olaraq toy mərasimi keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları adıçəkilən restorana gəldikdə restoran sahibi obyektin qapılarını bağlayaraq polis əməkdaşlarının qanuni fəaliyyətinə mane olub, daha sonra içəri daxil olan polis əməkdaşlarının qanuni tələblərinə əməl eməyib, onlara qarşı zor tətbiq edərək xuliqanlıq hərəkərləri törədib.  

RPŞ əməkdaşları qanunla müəyyən edilmiş qaydada T.Zeynalovu saxlayaraq RPŞ-yə gətirib, lakin sonuncu polis şöbəsində nalayiq ifadələr işlədərək və zor tətbiq edərək xuliqanlıq hərəkətlərini davam etdirib.  

Polis əməkdaşları tərəfindən zərərsizləşdirilən Tural Zeynalov barəsində cinayət işi başlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.  

"Daha öncədə də T.Zeynalovun obyektində 7 dəfə karantin rejiminin pozulması aşkar edilərək barəsində inzibati tədbir görülüb. Bundan başqa, o, polis əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, komendant rejimini və karantin qaydalarını pozduğuna görə təqsirli bilinərək barəsində protokol tərtib edilib və rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə T.Zeynalov 15 sutka inzibati həbs olunub", deyə E.Qasımov bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin