xa0Bu gün –fevralın 13-də Azərbaycanın təkrarolunmaz xa0şairi Bəxtiyar Vahabzadəninxa0 vəfatından 10 il ötür. Əslində onun kimi dahilərin adının önünə “xalq şairi”, “filan ordenli” “unudulmaz”, “məşhur”, “görkəmli” və s. kimi titul və epitetləri əlavə etməyə ehtiyac da yoxdur; elə, sadəcə, Bəxtiyar Vahabzadə söyləmək yetərlidir...
Şairin tərcümeyi-halını xatırlatmağa da gərək yox... Oxucularımız arasında Bəxtiyar Vahabzadənin neçə-neçə şeirini əzbər bilənlər var... Ustadın yaratdığı bütün dəyəri bilinməyən əsərlərini kənara qoyub, yalnızxa0 Sovet imperiyasının kəshakəs dönəmində qələmə aldığı “Gülüstan” poemasını saxlasaq, onun tarixdə qalması üçün yetərlidir... Bəxtiyar Vahabzadənin Azərbaycanın Quzeyə- Güneyə parçalanmasından bəhs edən həmin əsərə görə, məruz qaldığı təqib, təzyiq və məhrumiyyətlər haqda da çoxları məlumatlıdır. Təəssüf ki, şairin hələ 1950-1960-cı illərdən Xudu Məmmədov, Nurəddin Rzayev, Oqtay Eldəgəzxa0 kimi ziyalılarımızla birgə uğrunda gizli mübarizə aparmış olduğu müstəqillik dövründə də xeyli bədxahları ortaya çıxdı... Belələri hələ bu gün də var. Birxa0 də görürsən, özü dələduzluqla, saxtakarlıqla məşğul olan, kiçik bir vəzifə, ev maşın əldə etməkdən ötrü xırda məmurlara da yarınan, şairin bircə misrasından xəbəri olmayanın biri durub Bəxtiyar Vahabzadəni guya hər gələn hakimiyyətə yarınmaqda, övladlarını vəzifələrə qoymaqda ittiham edir... Onlardan soruşan yoxdur ki,xa0 sizlər bu xislət, bu tamahla, Allah eləməmiş, şairin yerinə olsaydınız, onun istedadına, şöhrətinə malik olsaydınız, nələrə əl atmazdınız, özünüz, övladlarınız, nəvələriniz, qohum-əqrəbanız üçün hansı sevdalara düşməzdiniz?..

Bu sualı Bəxtiyar Vahabzadənin yalnız yaradıcılığına bələd olan, 40-a yaxın kitabını oxumuş bir insan kimi yox, həm də onunla evində, Bakıda, Şəkidə dəfələrlə ünsiyyətdə olmuş, neçə-neçə kitabını öz imzasıyla, öz əlindən hədiyyə almış, onun Bakıdakı liftsiz binanın 5-ci mərtəbəsində, Şəkidəki sadə mənzillərini gözləri ilə görmüş biri kimi deyirəm. 1995-ci ildən ömrünün son illərinədək ustadla həm xa0jurnalist kimi müsahibə götürmək, həm də sadəcə, ziyarət etmək, xa0süfrə arxasında söhbət etmək məqsədi ilə qismət olan görüşlərimizdə onun 30-40-cı illərin ağır repressiya və müharibə illərində keçmiş çətin uşaqlığından, gəncliyindən, Stalin dövründə, “Gülüstan”dan sonra yaşadıqlarından tutmuş Azərbaycandakı müxtəlif iqtidarlar dönəmində başına gələnlərlə bağlı xırda detallarınadək səmimi söhbətlərimiz olub. Odur ki, bəndəniz Bəxtiyar Vahabzadənin Vətənindəki gerçəkliyə qarşı hansı duyğular yaşadığını, özü, övladlarıyla bağlı hansısa qərarı verərkən necə hisslər keçirdiyini, nələr çəkdiyini gözəl bilir...
Bəzilərinə elə gəlir ki, haqq sözü ancaq şair, yazıçı, jurnalist söyləməli, onların Nəsimi kimi dərisi soyulmalı, Cavad, Müşfiq kimi güllələnməli, Cavid kimi sürgün olunmalı, xa0qalanlar da arxayınca gedişata uyğun davranaraq yaşamalıdır... Hamı Nəsimi ola bilməz... İkinci də yaradıcı şəxsi, şairi gerçəkdən xa0anlamaq üçün onun əsərlərini, diqqətlə mütaliə etmək, bir dəfə deyil, dəfələrlə oxumaq lazımdır. Şair, yazar bəzən gerçəkdə ifadə edə bilmədiyi fikirlərini oxucuya sətiraltı çatdırır... xa0Bəxtiyar müəlliminxa0 böyüklüyü bir də onda idi ki,xa0 o,xa0 adi bir insan kimi Allah, cəmiyyət qarşısında özxa0 xətalarını həm söhbətlərində, həm də şeirlərində səmimi etiraf etməyi bacarır və eyni zamanda xa0şərlə mümkün qədər mübarizə aparırdı...xa0
“Hamıya bəllidir savab işlərim-
Amma günahlarım tək mənə bəlli”- deyən şairinxa0 neçə insana təmənnasız əl tutduğunun, arxa durduğunun da şahidiyəm...
Odur ki, özləri başdan-başa günah içində olan, amma heç birini cəsarət edib etiraf edə bilməyənlərinxa0 özgəsini ittiham etməyə qətiyyən haqqı yoxdur. Bu məqamda bir daha Bəxtiyar müəllimin xa0beytləri yada düşür:
Düzlük istəyənin ən əvvəl özü,
Əgər düz olmasa; vay o düzlüyə!..
***xa0
Hamı çöldən umur haqqı, düzlüyü,xa0
Çöldə haqq axtarma, içində yoxsa...
Yeri gəlmişkən, şairin 40-a yaxın əsəri əsasında seçib hazırladığım “Bəxtiyar hikməti”xa0 toplumu hələ özünün sağlığında – 2005-cı ildən hazır idi. Bəxtiyar Vahabzadənin ən çoxu bir beyt və ya bir cümlədən ibarət hikmətli kəlamlarının daxil olduğu toplumu xa0xa02006-ci ilin sentyabrındaxa0 sonuncu görüşümüzdə şair özü dəxa0 oxuyub bəyənmişdi.xa0 “Təzadlar” qəzetində, Modern.az saytında xa0xa0bu günədək xeyli hissəsi dərc olunub(//modern.az/az/news/21065 - gsc.tab=0). Amma təəssüf ki, xa0maddi səbəblərdən “Bəxtiyar hikməti” kitab şəklində işıq üzü görməyib...xa0
Ümidliyəm ki,xa0 bədgüman fikirli şəxslər də xa0hələ 1997-ci ildə “Qurtarıb özgənin əsarətindən- Düşdük özümüzün əsarətinə” deyən şairin kəlamlarını xa0ürəkdənxa0 oxuyub Bəxtiyar hikmətinin dərinliklərinə baş vura bilsələr, öncə düşünüb-danışdıqlarına peşman olarlar...
Allah rəhmət eləsin sənə, ustad!..
Sultan Laçın
xa0
































































































