İyunun 22-də Xaçmazda yoldan çıxan avtomobil elektrik dirəyinə çırpılıb.
Bizim.Media xəbər verir ki, hadisə axşam saatlarında şəhərin “20 Yanvar” küçəsində baş verib. Mirəliyev Elxan Nəcməddin oğlunun idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yoldan çıxaraq yüksəkgərginlikli elektrik xəttini saxlayan dirəyə çırpılıb.
MÖVZU İLƏ BAĞLI:
Bakıda 2 avtomobil toqquşdu – Yaralılar xəstəxanaya aparıldı
Zərbənin gücündən elektrik dirəyi aşaraq qaz və rabitə xətlərini də sıradan çıxarıb. Qəza zamanı sürücü yüngül xəsarətlər alıb.
Qəza baş verən ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media