Son iki ayda Azərbaycana qayıdan miqrantların sayı açıqlandı

Hazırda oxunan: Son iki ayda Azərbaycana qayıdan miqrantların sayı açıqlandı

25790

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi cari ilin aprel-may aylarında könüllü olaraq mənşə ölkəsinə qayıdan 193 Azərbaycan vətəndaşına nağd və qeyri-nağd şəkildə reinteqrasiya yardımı edib. 

Nümayəndəlikdən Bizim.Media-ya verilən xəbərə görə, BMqT Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihələri çərçivəsində könüllü olaraq mənşə ölkəsinə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımını çatdırmağa davam edir. 

2021-ci ilin aprel-may ayları ərzində Almaniyadan 88 nəfər, Çexiyadan 3 nəfər, İspaniyadan 3 nəfər, Niderland Krallığından 2 nəfər və Avstriyadan 1 nəfər olmaqla ümumilikdə 97 miqrant Azərbaycana qayıdıb. 

Qeyd olunan dövr ərzində KQYR layihələri çərçivəsində könüllü olaraq mənşə ölkəsinə qayıdan 193 nəfərə reinteqrasiya yardımı, 65 nəfərə isə məsləhət xidməti göstərilib. 

BMqT-nin Azərbaycan nümayəndəliyi 99 nəfərə nağd və 94 nəfərə qeyri-nağd şəkildə yardım edib. Qeyri-nağd şəkildə yardım çərçivəsində 21 şəxsə müvəqqəti mənzil təminatı, 16 şəxsə kiçik biznesin qurulması, 55 şəxsə maddi yardım (ilkin ehtiyac kateqoriyasına aid olan məişət avadanlığı və mebel əşyaları), 1 şəxsə tibbi yardım, 1 şəxsə isə təhsil haqqının ödənilməsi üzrə yardım göstərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin