Çimərliyə getmək peyvənd olanlar üçün təhlükəlidir: “Xərçəng yaradır?” – Mütəxəssislərdən AÇIQLAMA

Hazırda oxunan: Çimərliyə getmək peyvənd olanlar üçün təhlükəlidir: “Xərçəng yaradır?” – Mütəxəssislərdən AÇIQLAMA

25764

Son zamanlar koronavirus xəstələri və vaksinasiya olunan şəxslərlə bağlı daha bir xəbər insanları şoka salıb. Çimərlik mövsümünün başladığı bir vaxtda ictimaiyyət arasında dolaşan xəbərlərə görə, korona xəstəliyi keçirmiş və peyvənd olunan insanların günəş şüaları ilə təması vaxtı dəri xərçənginə tutulma riskləri daha çoxdur. Guya, ultura bənövşəyi şüaların dəri səthinə vertikal düşməsi nəticəsində belə insanlarda tez bir zamanda dəri xərçənginin yaranması baş verir.

Nəzərə alsaq ki, statistikaya görə, indiyə qədər Azərbaycanda 335521 nəfər koronavirusa yoluxub, 3 milyon insan isə vaksinasiya olunub, onda yaranmış narahatçılığa kifayət qədər əsas var.
 

MÖVZU İLƏ BAĞLI:

Çimərliklərlə bağlı əhaliyə müraciət edildi - Bunlar QADAĞANDIR


Xəbərlərin nə qədər əsaslı dəlillərə dayandığını öyrənmək üçün mütəxəssislərə müraciət etdik.

Onların fikrincə...

Həkim-terapevt Rasif Bağırov Bizim.Media-ya açıqlamasında yayılan xəbərlərin şayiədən başqa bir şey olmadığını deyir.

“Bu cür xəbərlərə inanmaq mənasızdır, çünki bu xəbərin elmi əsası yoxdur. Günəş şüalarının məhz koronavirusa görə, insanın dərisində xərçəng riskinin artırması ilə bağlı tədqiqatlara iki ay bundan əvvəl başlasaydılar hələ, nəticə ancaq 1-2 ildən sonra bəlli olardı. Bu tədqiqatları kim, hansı şəraitdə və necə keçirdi ki, nəticə belə qısa zaman ərzində bəlli oldu. Nəzərinizə çatdırım ki, indiyə qədər bu xəstəliklə bağlı çox fikirlər səslənib”.

Xərçəngə qarşı meyillilik varsa...

Həkim-terapevt məsələyə başqa aspektdən yanaşmağı da təklif edib. O, bildirib ki, sağlam insan belə günəş vannasını düzgün qəbul etməsə xərçəngə yoluxma riski artır.

“Düz düşən günəş şüasının altında uzun müddət qalan istənilən insanın xərçəngə yoluxma riski arta bilər. Əgər insan orqanizm və qanında xərçəngə qarşı meyillilik varsa bu risk ultrabənövşəyi və infroqırmızı şüaların təsirindən daha da arta bilər”.

COVİD-19 hansısa xəstəliklərə yol aça bilər?

Həkim-dermatoloq İntiqam Alşanovun fikrincə, bu cür ciddi məsələ barədə heç bir tədqiqat olmadan nəticə çıxarmaq olmaz. Bu haqda o, Bizim.Media-ya danışarkən deyib.

“Ümumiyyətlə, heç COVİD-19 barədə dəqiq tədqiqat nəticələri yoxdur. Bu virusun indiyə qədər stabil müalicəsi belə tapılmayıb. Ona görə heç kəs deyə bilməz ki, COVİD-19 hansısa xəstəliklərə yol aça bilər, çünki o özü kifayət qədər öyrənilməyib. Yəni, bu haqda danışmaq ən azından qeyri- peşəkarlıqdan xəbər verir. Buna ancaq 3-4 il o xəstələrlə aktiv işləyib müşahidələr altında saxlayan mütəxəssislər qərar verə bilər”.

Günəş şüası və D vitamini...

Mütəxəssis həmçinin qeyd edib ki, istənilən virusa yoluxub sağalan bir xəstə bir müddət özünü hər bir şeydən qorumalıdır. 

“Adi zökəm keçirən bir insan müəyyən bir etapdan sonra birdən-birə deyil, tədricən əvvəlki vərdişlərinə qayıda bilir. Həmçinin dəniz və günəş şüası da immun sisteminin möhkəmlənməsi və D vitamini qəbulu üçün insan orqanizmi üçün vacibdir. Lakin bunun üçün bütün qaydalara əməl etmək əsas faktorlardan biridir. Məsələn səhər 11-dən 4-ə qədər düşən aktiv şüalar zamanı 35 yaşdan yuxarı insanların günəş vannası qəbul etmələri təhlükəlidir”.

Vüsalə Balayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin