126 ilin ƏN İSTİ YAYI gəldi – Hərarət 45 dərəcəni keçəcək

Hazırda oxunan: 126 ilin ƏN İSTİ YAYI gəldi – Hərarət 45 dərəcəni keçəcək

25669

Bu gündən başlayaraq artıq YAY fəsli ölkəmizə qədəm qoyub. 

Bu həftə ərzində isə Azərbaycanda havanın temperaturu 44 dərəcəyə çatacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva yerli mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, ölkə ərazisinə cənub-şərqdən quru və qızmar hava axınlarının daxil olacağı gözlənilir. Nəticədə günəşli və anomal isti hava şəraitini təyin edən azhərəkətli hava kütləsi bərqərar olacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Bakını ağuşuna alan TOZ DUMAN - Bizə hansı XƏSTƏLİK gətirib? 


“Həftə ərzində ayrı-ayrı rayonlarda havanın maksimum temperaturunun 40, bəzi yerlərdə 44 dərəcəyədək çatacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında havanın temperaturu 39 dərəcəyədək yüksələcək”.

Xidmət rəisi beynəlxalq metodlara əsasən havanın temperaturunun kölgədə ölçüldüyünü qeyd edərək, bildirib ki, buna görə də paytaxtda bızi yerlərdə 40-42 dərəcə temperatur hiss ediləcək. 

Yayın birinci ayında havanın temperaturunun bu cür yüksək keçməsi ümumiyyətlə bu il yay fəslinin isti keçəcəyi ilə bağlı təəssürat yaradıb. 

Bu cür iddialar nə dərəcədə doğrudur?

Bizim.Media xəbər verir ki,  yayının isti keçəcəyi ilə bağlı bir neçə beynəlxalq agenliyin proqnozu üst-üstə düşür. 

Böyük Britaniya meteoroloji agentliyi "Met Office"in proqnozuna görə, 2021-ci ilin yayı əsrin ən isti altı ilindən biri olacaq. Qurumun proqnozuna görə, il ərzində qlobal temperatur 1,03 dərəcə artacaq. Temperatur göstəricisi isti dövr kimi xarakterizə edilən 1850-1900-cü illərdəki orta temperaturdan 0,91 - 1,15 dərəcə yüksək olacaq. 

BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı da bu yay xüsusən Şimali yarımkürəsində havanın temperaturunun orta statistik göstəricilərdən yüksək olacağının gözlənildiyini açıqlayıb.

”Qlobal istiləşməyə gətirib çıxaran karbon qazının konsentrasiyası hazırda rekord səviyyədədir. ÜMT-nin verdiyi yeni proqnozlara əsasən, 2021-ci ildən 2025-ci ilədək olan müddətdə ən azı bir il bütün müşahidə tarixi ərzində rekord səviyyədə isti keçəcək”, - deyə ÜMT-nin rəhbəri Petteri Taalas söyləyib.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov da Azərbaycanda da yayın isti keçəcəyini bildirib.

Onun sözlərinə görə, bu yay havanın temperaturu 45 dərəcəni keçə bilər. Ekoloq isti günlərin daha çox avqust və sentyabr aylarına təsadüf edəcəyini qeyd edib.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin