Yarım ildə Azərbaycanda tikilən YENİ AEROPORT – FOTO 

Hazırda oxunan: Yarım ildə Azərbaycanda tikilən YENİ AEROPORT – FOTO 

25666

“Yarım ildə yeni hava limanı? Bu yalnız Azərbaycanda mümkündür! Bu dəfə Azərbaycana gəlişimin əsas məqsədi Qarabağda rekord müddətdə tikilən yeni Füzuli hava limanı idi. İnşaat yanvar ayında başladı və hava limanı ilk uçuşunu sentyabr ayında edəcək!”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün live jurnalında aviasiya, səyahət və fotoqrafiya sahəsində media mütəxəssisi olan Aleksandr Çeban yazıb. 

“Tikinti prosesi zamanı hava limanı kompleksini ilk dəfə ziyarət etmirəm, amma burada inşaat sürəti həqiqətən təəccüblüdür! Uçuş-enmə zolağı demək olar ki, hazırdır və terminalın bazası tamamilə yığılıb, karkasın inşasına başlanılıb və idarəetmə qülləsi artıq tikilməkdədir. 

Bu hava limanı Qarabağ ərazisindəki ilk vacib infrastruktur obyektinə çevriləcək. Tikintinin prioriteti çox yüksəkdir, buna görə ilk uçuşun sentyabrda baş tutacağına şübhə etmirəm.

Real proqnozlara görə, Füzuli hava limanından müntəzəm və populyar marşrutlar yaxın 3-5 il ərzində həyata keçəcək və 100-150 km radiusda yaşayış məntəqələrini əhatə edəcək. Bölgənin turizm potensialı, çox güman ki, on ildən sonraya nəzərdə tutulub. 

Qarabağın azad edilmiş əraziləri indi tamamilə cansız bir məkana bənzəyir, lakin buradakı inkişaf planları möhtəşəmdir. Dağıdılmış binaların qalıqları arasında hərəkət edərkən, vaxtaşırı olaraq ən son müasir infrastruktur obyektlərini - elektrik stansiyalarını, tikinti zavodlarını görürsünüz və bunların hamısı cəmi 6-8 ay ərzində tikilib!!!  

Çox maraqlı və müasir layihəyə əsasən "sıfırdan" tikilən Ağdam şəhərini ziyarət etdim, bu barədə növbəti reportajda danışacağam”, deyə o, qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin