Bakını ağuşuna alan TOZ DUMAN - Bizə hansı XƏSTƏLİK gətirib? 

Hazırda oxunan: Bakını ağuşuna alan TOZ DUMAN - Bizə hansı XƏSTƏLİK gətirib? 

25664

İki gündür ki, Bakıda və Abşeron yarımadasında toz dumanı müşahidə olunur. Dünən Milli Hidrometeorologiya Xidməti Bakı şəhərində havada dispers toz hissəciklərinin konsentrasiyasının sanitar normadan 5,1 dəfə yüksək qeydə alındığını açıqlayıb.

Peyk görüntülərinə əsasən, havada müşahidə olunan toz hissəciklərinin transsərhəd xarakter daşıdığı qeyd olunub. 

Araşdırmalara görə, çirkli hava şəraiti dünyada hər il 5.5 milyon insanın ölümünə səbəb olur. Çirkli havaya malik olan ölkələrin siyahısına Hindistan və Çin liderlik edir. Hava çirklənməsinin qurbanlarının da yarısı məhz bu ölkələrdə yaşayanlardır.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda anomal isti ilə bağlı xəbərdarlıq edildi


Çində havaya küllü miqdarda zərərli maddələrin atılmasının əsas səbəbi kömür istifadəsi ilə bağlıdır. Hindistanda isə odun, peyin və bioloji məhsulların yanacaq kimi istifadəsi havanı çirkləndirir. 

Həkim terapeft Rasif Bağırov Bizim.Media-ya açıqlamasında tozlu havanın insan orqanizminə çoxlu mənfi təsirləri olduğunu deyib: 

“Tozun üzərində müxtəlif mikroblar olur. Bu mikroblar hava ilə birlikdə insan orqanizminə daxil olur. Problemlər də ondan sonra başlanır. Tozlu hava tez-tez müşahidə olunduqda, ağciyərlərdə müəyyən xroniki abstruktiv xəstəliklərin əmələ gəlməsinə yol açır. Bəzi insanların genetik olaraq ağciyərləri zəif olur. Həmin insanlar üçün tozlu havada arıcıl olaraq olmaq xüsusilə təhlükəlidir”.

Həkim bildirib ki, toz ağciyərlərdən başqa gözün selikli qışasına düşərək problemlər yarada bilər. Bundan başqa dəridə də müxtəlif xəstəliklərin ortaya çııxmasına zəmin yaradır. 

Terapeft tozlu havalarda tibbi maska taxılmasını tövsiyyə edir: 

“Əgər maska koronavirusun qarşısını alırsa, onda tozla orqanizmə daxil olan digər virusların da qarşısını alır”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin