"Biləsuvar rayon sakini Süleyman Mahmudova Dövlət Məşğulluq Agentliyi tərəfindən xəstə heyvanlar verilməsi ilə bağlı bəzi sosial şəbəkələrdə yayılan iddia həqiqəti əks etdirmir".
Agentlikdən Bizim.Media-ya verilən məlumata görə, vətəndaş bir müddət əvvəl öz istəyi əsasında özünüməşğulluq proqramına cəlb edilib və postmüharibə tədbirləri çərçivəsində növbədənkənar şəkildə 20 qoyun, 1 qoç və 400 kq yem ilə təmin olunub:
"S.Mahmudova aktivlər təqdim olunan zaman heyvanların sağlamlığına dair rəsmi baytarlıq rəyi ilə təhvil-təslim akti tərtib edilib, vətəndaşla məşğulluq mərkəzi arasında müqavilə imzalanıb.
Vətəndaşa heyvanlar təqdim edilən zaman tam sağlam və təsərrüfat artımına yararlı olub. Üstəlik Süleyman Mahmudov ona təqdim edilən heyvanları şəxsən özü seçib və razılığını bildirib. Bunu təqdim edilən videoda da əyani görmək olar. Onu da qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən Süleyman Mahmudovun həyat yoldaşı Dürdanə Əliyevanın da məşğulluğu təmin edilib. Belə ki, D.Əliyeva 2020-ci ildə haqqı ödənilən ictimai işlərə cəlb edilib və hazırda çalışır".
Qedyd edək ki, sosial şəbəkələrdə Süleyman Mahmudova rayonun Məşğulluq İdarəsi tərəfindən verilmiş qoyunların 3 gün ərzində xəstələnməsi barədə məlumat yayılıb. Bildirilir, bu müddətdə heyvanlardan biri tələf olub, qalanlarının da vəziyyəti yaxşı deyil.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:12 / 21.06.2021
Agentliyin şəhid ailəsinə verdiyi qoyunlar xəstə olub? – RƏSMİ CAVAB
Hazırda oxunan: Agentliyin şəhid ailəsinə verdiyi qoyunlar xəstə olub? – RƏSMİ CAVAB
Hazırda oxunan: Agentliyin şəhid ailəsinə verdiyi qoyunlar xəstə olub? – RƏSMİ CAVAB
25663
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.