“Kapital Bank”ın Vətən müharibəsində bədəninin 50 faizi iflic olan qazinin maaşından kredit çıxdığını və bankın borcu siləcəyinə söz verdiyini xəbər vermişdik.
“Kapital Bank” Suqovuşan uğrunda gedən ağır döyüşlərdə yaralanan 1996-cı il təvəllüdlü baş leytenant Cavad Qələndərlinin 10 minə yaxın kredit borcunu bağlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə qazinin anası Ülkər Həsənova “Facebook” hesabında məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
“Kapital Bank” SÖZ VERDİ – Qazinin BORCU silinəcək - AÇIQLAMA
Ana bu barədəki paylaşımında “Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. “Kapital Bank”in müdiriyyətinə anlayiş göstərdiklərinə görə minnətdaram. Cavadin kredit borcu tam baglandi. Allahdan bütün qazilərə şəfa diləyirəm”, deyə qeyd edib.
Qeyd edək ki, qazinin bədəninin 50 faizindən çoxu iflicdir. Ağır yataq xəstəsi olan Cavad Qələndərli YAŞAT Fondunun dəstəyi ilə Türkiyədə müalicə olunur.
Alçina Amilqızı, Bizim.Media