xa0Özbək əsillixa0 dünyaca məşhur milyarderxa0 Alişer Usmanov Özbəkistan İslamxa0 Mərkəzinə 8 milyon dollarxa0 dəyərində nadir kitablarxa0 bağışlayıb.xa0
Moderator. az xa0bu haqda Rusiya mediasına istinadla xəbər verir.xa0Kolleksiya latın, ingilis, fransız və alman dillərində 4923 nadir nüsxədən ibarətdir. XIII əsrdən bərixa0 nəşr olunmuş həmin kitablar orientalizmin(Avropa şərqşünaslığı) və İslam dünyasının Avropaya təsirindən bəhs edir. Onlar arasındaxa0 İbn Sinanın "Təbabət elminin qanunu" kitabının latın dilinə ilkxa0 tərcüməsi də var.
Xatırladılır ki,xa0 İslam Mədəniyyət Mərkəzi Alişer Usmanovun maliyyə dəstəyi ilə Daşkənddə tikilir.xa0 Kompleksin beynəlxalq standartlara uyğun qurulması planlaşdırılır. Mərkəzəxa0 kitabxana, informasiya-resurs mərkəzi, elmi şöbələr, konfrans zalı, xidməti otaqlar və digər obyektlər daxil olacaqdır.
İslam Mərkəzinin təməlinə ilk simvolikxa0 daş Özbəkistan prezidenti tərəfindən 2018-ci ilin iyun ayında qoyulub.
Daha əvvəl “Forbes”ə müsahibəsində A. Usmanov kompleksin tikintisinə 100 milyon dollar vəsait qoyacağını bəyan edib.
Sultan Laçın






























































































