Keyfiyyətli və əlçatan İNTERNET – Azərbaycanda nə zaman olacaq?

Hazırda oxunan: Keyfiyyətli və əlçatan İNTERNET – Azərbaycanda nə zaman olacaq?

25615

Uzun müddətdir ki, ölkədə internetin keyfiyyəti, əlçatanlığı və qiyməti ilə bağlı ciddi problem var. 

Bizim.Media xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Facebook” hesabında problemə toxunub.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda internet BƏLASI – Qızıl qiymətinə təklif olunan İNHİSARÇILIQ


O, qeyd edib ki,  regionlarda internet xidmətində ADSL texnologiya üstünlük təşkil etdiyindən, istifadəçilərin “çəkidə aldadılması”, yəni müqavilədəki sürəti əldə edə bilməməsi adi hala çevrilib:

“Hər istifadəçiyə düşən orta internet sürətinə görə də vəziyyət qənaətbəxş deyil. Ötən dövrlərdə bu problemin həlli istiqamətində müəyyən cəhdlər olsa da, uğurlu nəticə hələlik yoxdur. Hökumət yalnız bir dəfə, 2014-cü ildə kompleks şəkildə, bütün ölkə boyu bu problemi həll etmək üçün nəhəng bir proqram hazırlamışdı və büdcədən 0.5 milyard manat nəzərdə tutulmuşdu.

Lakin son anda hökumət büdcə vəsaitini bu problemin həllinə xərcləmək istəmədi və proqram da reallaşmadan qaldı. Sonradan, Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyinin (NRYTN) keçmiş rəhbərliyi özəl provayderləri tam kənarlaşdırmaqla, yalnız dövlət provayderləri və büdcə vəsaitləri hesabına bu problemi həll etmək istəsə də real nəticə əldə olunmadı”.

Bəs yeni rəhbərlik bu problemi hansı formada həll etmək istəyir?

Osman Gündüzün sözlərinə görə son zamanlar özəl provayderlərə qoyulan qadağaların bir çoxu aradan qaldırılıb. Onlar dövlətə məxsus kabel-kanal sistemindən istifadə edə bilirlər:

“Görəsən, özəl provayderlər əvvəllər olduğu kimi kommersiya baxımından cəlbedici olmayan ərazilərə getmək istəyəcəklərmi?

Bildiyim qədər Nazirlik bütün ölkə böyu bu problemi həll etmək üçün yenidən bir konseptual sənəd - hər bir ərazidə keyfiyyətli və əlçatan internet üçün proqram ortaya çıxarmaq üzərində işləyir. Bu məqsədlə xarici qurumlar da işə cəlb edilib.

Əsəs prinsip olaraq dövlət-özəl tərəfdaşlığı qəbul edilib.

Yəni, Bakıətrafı və regionlarda, xüsusən də kəndlərdə internet problemini bu prinsip əsas götürülməklə, dövlət və özəl provayderlərin birgə iştirakı ilə həll etmək nəzərdə tutulub. Çox güman ki, özəl provayderlərə yalnız kommersiya baxımından cəlbedici olan ərazilərdə deyil, əhali sayı az olan yaşayış məntəqələrində də internet infrastrukturu qurmaq təklif olunacaq”.

Ekspert hesab edir ki, Nazirlik problemi mobil operatorların baza stansiyalarında mobil internetin imkanlarından istiafdə etməklə yoluna qoymağı düşünür:

“Özəllərin potensialından müxtəlif genişzolaqlı texnologiyaların tətbiqində istifadə edilməsi doğru yanaşmadır.

Bu addım xüsusilə də regionlarda “Aztelekom”-un hökmranlığına sona qoya biləcək.

Fikrimcə, uzun illər oturuşmuş olan “Aztelekom”, “Baktelekom”, eləcə də son zamanlar daha da aktivləşən “Azeronline” provayderinin yerlərdə aktivləşməsi sektorda dövlətin xüsusi çəkisini artrmaqla sərbəst və azad rəqabət üçün ciddi problemlər yarada bilər. Bu baxımdan hökumət keyfiyyətsiz xidmət verən provayderlərə qarşı sərt tədbirlərin-cəzaların müəyyən edilməsinin vacibliyini, minimal internet sürəti ilə bağlı meyarların zəruri olduğunu düşünməlidir”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin