7 yaşı tamam olan Dövlət Gömrük Komitəsinin Akademiyası: Dünən, bu gün və sabah...

Hazırda oxunan: 7 yaşı tamam olan Dövlət Gömrük Komitəsinin Akademiyası: Dünən, bu gün və sabah...

256123
Moderator.az xəbər verir ki, bu gün Gömrük Akademiyasının yaradılmasının ildönümüdür.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 yanvar tarixli 1972 nömrəli Sərəncamına əsasən yaradılan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir.

Akademiyanın yaradılmasında əsas məqsəd gömrük orqanlarında xidmət etmək üçün yüksək ixtisaslı, peşəkar mütəxəssislərin hazırlanması, gömrük orqanlarında xidmətə qəbul olunan əməkdaşlar üçün ixtisasartırma təlimlərinin təşkili, əlavə təhsil və gömrük sahəsində elmi-tədqiqat işlərinin aparılmasıdır. Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı bir sıra sahələr üzrə, o cümlədən gömrük orqanlarında xidmətə qəbul üçün müasir tələblərə cavab verən ixtisaslı kadrların hazırlanmasının vacibliyini zəruri edir.

2014/2015-ci tədris ilində sentyabrın 15-də Dövlət Gömrük Komitəsinin Akademiyası ilk tədris ilinə başlayıb. 2018-ci ildə Akademiyanı bitirən ilk məzunlar artıq gömrük orqanlarında çalışırlar. 2018/2019-cu tədris ilində Akademiyaya qəbul olan tələbələrin orta bal göstəriciləri “İqtisadiyyat” ixtisası üzrə 529, “Hüquqşünaslıq” ixtisası üzrə isə 610 bal olub.

Akademiyada kadr hazırlığından əlavə gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün xidmətə ilkin hazırlıq və gömrük orqanlarında çalışan əməkdaşlar üçün ixtisasartırma proqramları da həyata keçirilir.
Qeyd edək ki, son dövrlərədək akademiyanın fəaliyyəti barədə ictimaiyyətin çox az məlumatı var idi və bu təhsil müəssisəsi gözdən-könüldən uzaq bir qurum statusunda idi. Amma tanınmış təhsil adamı, təhsil nazirinin keçmiş müavini Qulu Novruzovun 2 ay öncvə akademiyanın rektoru təyinatı ilə bu qurum yavaş-yavaş öz adından söz etdirməyə başlayıb.xa0
Bir neçə gün öncə ölkənin tanınmış ictimaiyyət nümayəndələri akademiyada imtahan sessiyasının gedişini və tələbələr üçün yaradılmış şəraiti izləyiblər. Hamı həmin akademiyanı nikbin ovqatda tərk edib. Bütün bunlar əminlik yaradır ki, yeni rəhbərlik qısa zamanda bu təhsil ocağını haqq etdiyi səviyyəyə qaldımağa nail olacaq.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin