Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.
Bizim.Media xəbər verir ki, ölkədə virusa yoluxanların 54,2 %-i Bakının payına düşür.
Yoluxma göstəricisi Abşeronda 13 %, Aranda 12 %, Gəncə-Qazaxda 7,2 %, Şəki-Zaqatalada 4,1 %, Quba-Xaçmazda 3,1 %, Lənkəranda 2,4 %, Dağlıq Şirvanda 2,3 %, Yuxarı Qarabağda 1,4 %, Naxçıvan Muxtar Respublikasında 0,8 %-dir. Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,3 % təşkil edir.
Bakıda ən yüksək yoluxma yenə də Binəqədi rayonunda qeydə alınıb. Paytaxtda aşkarlanan yoluxma faktlarının 14,6 %-i bu rayonun payına düşür.
Sonrakı yerlərdə 13,4 %-lə Xətai, 12,2 %-lə Yasamal, 11,2 %-lə Sabunçu, 8,2 %-lə Nərimanov və Suraxanı, 7,9 %-lə Nəsimi, 7,2 %-lə Xəzər, 7,1 %-lə Nizami 5 %-lə Səbail, 4,5 %-lə Qaradağ, 0,5 %-lə isə Pirallahı qərarlaşıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:00 / 21.06.2021
Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələr açıqlandı
Hazırda oxunan: Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələr açıqlandı
Hazırda oxunan: Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələr açıqlandı
25596
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.