Sosial şəbəkələrdə narkotik satan 27 nəfər saxlanıldı - VİDEO

Hazırda oxunan: Sosial şəbəkələrdə narkotik satan 27 nəfər saxlanıldı - VİDEO

25588

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi növbəti əməliyyat zamanı sosial şəbəkələrdə onlayn yolla narkotik vasitələrin satışını həyata keçirən 27 nəfər saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verir ki, 5 nəfər axtarışdadır.

Araşdırma zamanı müəyyən edilib ki, adları istintaqa məlum olan və xaricdə yaşayan dəstənin rəhbərləri narkotiklərin onlayn satışını həyata keçirən şəbəkə yaradıblar. Dəstə üzvləri müxtəlif üsullardan istifadə edərək verilən tapşırıqlar əsasında narkotik vasitələri Bakı şəhəri və respublikanın müxtəlif yerlərində yerləşdiriblər. Sonradan şəbəkəyə daxil olan narkokuryerlər həmin yerlərin şəklini çəkib vatsap ani mesajlaşma sistemi ilə dəstə başçılarına göndəriblər.

Qeyd edək ki, mütəşəkkil dəstəyə daxil olan və saxlanılan şəbəkə üzvləri öz aralarında gizliliyi saxlamaq və polis əməkdaşlarının diqqətindən yayınmaq üçün real həyatda bir-biriləri ilə ünsiyyətdə olmayıblar.

Ancaq sosial şəbəkələrlə əlaqə saxlayan dəstə üzvlərinin hər birinin özünəməxsus kod adları da olub. Onu da bildirək ki, mütəşəkkil dəstənin başçıları narkokuryerkliyə gənc qızları cəlb etməkdən də çəkinməyiblər. Təsadüfi deyil ki, saxlanılan 27 nəfərdən ibarət şəbəkənin 7 üzvü qadındır.

Saxlanılan şəxslərin hər biri narkotik vasitələrin aludəçisidir.

Bu isə onların asanlıqla natrkotiklərin satışı ilə məşğul olan şəxslərdən asılı vəəziyyətə düşməsinə səbəb olub və onlardan narkokuryer kimi istifadə edilib.

İfşa edilən mütəşəkkil cinayətkar dəstənin üzvləri barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Hazırda dəstə üzvləri barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə icraat davam etməkdədir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin