“Ümumiyyətlə, köhnə kitabxanaların yenidən qurulması təqdir olunacaq bir addımdır...”

Hazırda oxunan: “Ümumiyyətlə, köhnə kitabxanaların yenidən qurulması təqdir olunacaq bir addımdır...”

255203
Azərbaycanda passiv fəaliyyət göstərən kitabxanalar bağlanacaq. Bildirilir ki, bərbad binalarda fəaliyyət göstərən kitabxanalar heç kimə lazım deyil.xa0

Bəs, dünya praktikasında kitabxanaların fəaliyyəti necə qurulub?

Moderator.az-ın sualını cavablandıran “Dünya ədəbiyyatı dərgisi”nin baş redaktoru, şair Səlim Babullaoğlu buna aydınlıq gətirdi:

“Kitabxanalarla bağlı xidmətlər bütün dünyada standartdır, amma bəzilərində elektron resurslarla bağlı istisnalar var. Məsələn, Polşada kitabxanaya getmədən də abunə olmaqla kitab sifariş etmək olur, yəni elektron variantda. Əksər kitabxanaların elektron kataloqları var və oxucu istədiyi kitabı oradan tapa bilir. Bir çox kitabxanaların yanında internet kafelər var. Bunlar da kitabxanaları daha cəlbedici edir”.xa0

S.Babullaoğlu köhnə kitabxanaların yenilənməsi ilə bağlı verilən qərarların təqdirəlayiq olduğunu bildirib:

“Ümumiyyətlə, köhnə kitabxanaların yenidən qurulması təqdir olunacaq bir addımdır. Bakı şəhərində bir və ya iki kitabxananı çıxmaq şərti ilə kitabxanalara gedənlərin sayı çox deyil. Vəziyyət günü-gündən dəyişir. Bu gün Milli Kitabxanaya gedən daha çoxdur və özüm də ay ərzində bir neçə dəfə ora gedirəm. Kiçik kitabxanaların təmərküzləşməsi, elektron resursların hazırlanması ola bilər ki, kitabxanalara oxucuların münasibətini dəyişsin”.xa0

S.Babullaoğlu çap olunan müəllif kitablarının kitabxanalarda olmadığını bildirib:

“Bu gün çap olunan kitabların sayı artıb və bunların hamısı kitabxanalara çatmır. Kitabxanaya oxucu onun üçün gedir ki, hansısa müəllifin kitabını oradan götürüb oxusun, əgər bu yoxdursa, ora niyə getməlidir ki? Qanunvericilikdə bununla bağlı qanun qəbul edilməlidir ki, hər hansı bir müəllifin kitabını çap edərkən 10 nüsxəsini Milli Kitabxanaya versinlər. Kitabxana kollektoru deyilən bir müəssisə var və onlar müəllif kitablarından alıb şəbəkədə olan kitabxanalara paylayır. Başqa tərəfdən nəşriyyatlarda kitab çap olunmamışdan əvvəl onun PDF versiyası olur, bu versiyanı kitabxanaların fonduna da yerləşdirmək olar. Yəni bu mexanizmlər işlədilməlidir”.xa0


Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin