Pensiyaya çıxanlara vacib xəbər – DSMF-dən rəsmi AÇIQLAMA

Hazırda oxunan: Pensiyaya çıxanlara vacib xəbər – DSMF-dən rəsmi AÇIQLAMA

25493

Yaşa görə pensiya təyinatı ilə bağlı SMS bildiriş getməməsinin səbəbi açıqlanıb.

Bizim.Media xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev bildirib ki, yaşa görə pensiya təyinatı proaktiv qaydada olur. Yəni pensiya yaşı tamam olanda ona pensiya təyinatının miqdarı ilə əlaqədar SMS göndərilir.

Əgər bununla bağlı SMS getməyibsə, ola bilsin ki, həmin vətəndaşın pensiya hüququ yoxdur:
 

MÖVZU İLƏ BAĞLI:

“Pensiya yaşı aşağı salınmalıdır” - Milli Məclisdə TƏKLİF


"Ya da ola bilər ki, vətəndaş öz FİN-nə bağlı nömrə istifadə etmir, yəni nömrə öz adına deyil. Belə halda SMS bildiriş getməyə bilər. Bu səbəbdən daha ətraflı məlumat almaq üçün 142 Çağrı mərkəzinə zəng vurmaq, DSMF-nin regional ərazi filiallarına və ya DOST mərkəzlərinə müraciət etmək olar.

Yaşa görə pensiya təyinatının 3 şərti var: yaşa görə, 25 il sığorta stajının mövcud olması, fərdi hesabının sığorta hissəsində tələb olunan minimum pensiya məbləğinin təyin edilməsinə imkan verən pensiya kapitalının olması”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin