Süməyyə - Əbu Cəhlin kənizi olmuşdur. Onun həyat yoldaşı Yasir idi. Oğlu isə Əmmar Yasir idi. Yasir şəhid edilmişdi.
xa0
Süməyyə İslam dininin haqq din olduğunu dərk etmiş və onu qəbul etmişdir. Əbu Cəhl bu hadisədən xəbərdar olur və ona hər gün şallaq vurdurur. Bir gün o qədər şallaq vururlar ki, huşdan gedir. Və özünə gələn zaman yenə deyir: “Mənim dinim – Muhəmmədin (s) dinidir”.
xa0
Əbu Cəhl ona ağır işgəncələr verir, ancaq Süməyyə dediyindən geri dönmür və Əbu Cəhl qərara alır ki, onu qətl etsin.
xa0
Onu Kəbənin kənarına gətirir və deyir: “Sənin iki yolun vardır: ya gərək öləsən, ya da İslam dinindən əl çəkəsən”.
Süməyyə dinindən dönməyəcəyini söyləyir. Bu zaman Əbu Cəhl iki dəvə gətizdirir və ayaqlarından birini bir dəvəyə və o birisini də o biri dəvəyə bağlayırlar. Onları əks istiqamət hərəkət etdirirlər. Süməyyənin cismi iki şaqqaya bölünür və o, şəhid olur.
Bu igid və şücaətli qadın ağır işgəncələrə baxmayaraq, dinindən dönmür.
xa0
Əmmar Yasir də, valideynləri kimi İslam dini yolunda şəhid edilir.(İslami saytlara istinadla).
Əmmar Yasirin şəhadəti, İmam Əlinin (ə) ordusunda lənətlik Müaviyyəyə qarşı vuruşarkən baş verir.
xa0
/Deyerler.org/































































































