Rusiyanın “S7 Airlines” aviaşirkəti Dağıstan Respublikasının paytaxtı Maxaçqaladan Bakıya reyslər həyata keçirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Maxaçqala aeroportunun mətbuat xidmətinin rəhbəri Sapura Maqomedova məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Moskva və Sankt-Peterburqdan Lənkərana aviareyslər açılır
Reyslər hər həftənin şənbə günündən bazar gününə keçən gecə yerinə yetiriləcək. İlk reys iyulun 4-ə nəzərdə tutulub. Biletlər artıq satışdadır.
Maqomedova xatırladıb ki, Azərbaycana yollanan sərnişinlər uçuşdan 72 saat əvvəl alınmış COVID-19 testinin cavabını təqdim etməlidirlər.
Bizim.Media