6 saatdan az yatmaq bu xəstəliklərə yol açır

Hazırda oxunan: 6 saatdan az yatmaq bu xəstəliklərə yol açır

25460

Gündə 6 saatdan az yatmaq altsheymer, xərçəng və sonsuzluq kimi xəstəliklərə yol açır.

Bizim.Media xəbər verir ki, bunu türkiyəli həkim Nejat Altıntaş deyib.

Onun sözlərinə görə hər kəs yuxu rejiminə diqqət etməli, 6 saatdan az yatmamalıdır:

“Araşdırmalara görə 6 saatdan az yatmaq çəki artmasına yol açar. Şəkərli, karbohidratlı qidalara meyiliniz yaranar. Həmçinini bu insanlarda altsheymer xəstəliyi riski yüksəkdir. Məsələn, Marqaret Tetçer 4 saatdan az yatırdı. Və ya Ronald Reqan da həmçinin 4 saatdan az yatan insanlardan idi. Onların hər ikisində altsheymer xəstəliyinə rastlanılıb.

Xüsusilə hormonal xərçənglər dediyimiz süd vəzi, bağırsaq və prostat xərçəngini artırır.

Bununla bağlı tibb işçiləri arasında aparılan çalışma var. Gecə yatmayan, gecə növbəsində işləyən tibb işçilərində xərçəngin daha da artdığı sübut edilib. Bundan başqa 6 saatdan az yatan kişilərdə sonsuzluq riski yüksəkdir”. (medicina.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin